Bakı Sağlamlıq Mərkəzində Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi.

Bugün Bakı Sağlamlıq Mərkəzində Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Açılış nitqi ilə çıxış edən Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov görkəmli Akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs etdi. Akademik Zərifə xanım Əliyeva apardığı araşdırmalar, elmi tədqiqatlar əsasında bir sıra geniş yayılmış göz xəstəliklərini müalicə etmişdir. Bildirdi ki, səhiyyə sahəsində ixtisaslı və peşəkar kadrların hazırlanması məsələsini xüsusi diqqətdə saxlayan Zərifə xanım, bu istiqamətdə böyük və gərgin əmək sərf etmişdir. Böyük və yorulmaz fəaliyyəti ilə yanaşı Zərifə xanım həm də qayğıkeş Ana, fədakar, sədaqətli ömür-gün yoldaşı olmuşdur. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında bu fikirləri söyləmişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”. Ulu Öndərimiz Heydər Əliyev və Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Öz fəaliyyəti və yüksək şəxsi keyfiyyətləri ilə Azərbaycan qadınına nümunə olan Zərifə xanımın əziz xatirəsi Azərbaycan Xalqının qəlbində əbədi yaşayacaqdır. Daha sonra Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Baş tutmuş iclasdan görüntüləri Sizlərə təqdim edirik. Xoş seyrlər!

Diqər xəbərlər